Modern.az

Ağdamda siqaret istehsal ediləcək

Ağdamda siqaret istehsal ediləcək

Aktual

14 İyul 2023, 13:14

Azərbaycanda siqaret istehsalı ilə məşğul olan “Tabaterra” QSC-yə Ağdam Sənaye Parkının rezidenti statusu verilib.

 

Modern.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov tviter hesabında bildirib.

 

Onun sözlərinə görə, bununla da Parkın rezidentlərinin sayı 17-yə çatıb.

 

"Şirkət Parkın ərazisində investisiya dəyəri 40,5 milyon manat olan tütün məmulatlarının istehsalı müəssisəsi yaradacaq və 300 nəfəri işlə təmin edəcək. Bu layihə Qarabağda iqtisadi fəallığın və məşğulluğun artmasına töhfə verəcək", - deyə M.Cabbarov qeyd edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et