Modern.az

DYP vatsap nömrəsi təqdim etdi - Görüntüləri bura göndərin

DYP vatsap nömrəsi təqdim etdi - Görüntüləri bura göndərin

Aktual

14 İyul 2023, 16:50

Yollarda təhlükəsizliyin təmin edilməsi, qəzaların qarşısının alınması və sürücü intizamının yüksəldilməsi məqsədilə Baş DYP İdarəsi yeni vatsap nömrəsi təqdim edib.

 

Modern.az xəbər verir ki, bu gündən vətəndaşlar yollarda qarşılaşdığı və qeydə aldığı yol hərəkəti qayda pozuntularına dair video və foto görüntülərini DYP-nin vatsap nömrəsini göndərə biləcəklər.

 

İdarədən bildirilib ki, yeniliyin edilməsində məqsəd yollarda təhlükəsizliyin təmin edilməsi, qəzaların qarşısının alınması və sürücü intizamının yüksəldilməsidir: “Vatsap nömrəmiz 050-8000-902-dir. Bu nömrə yalnız foto və video göndərilməsi üçün nəzərdə tutulub”.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et