Modern.az

Neft kəmərlərinin yaxınlığında yanğın - FOTO

Neft kəmərlərinin yaxınlığında yanğın - FOTO

Aktual

14 İyul 2023, 17:52

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Pəhləvan Fərzəliyev küçəsində neft kəmərlərinin ətrafındakı quru ot və kol-kosdan ibarət sahədə yanğın baş verməsi barədə məlumat daxil olub.

 

FHN-dən Modern.az-a verilən xəbərə görə, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

 

Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş operativ tədbirlər sayəsində yanğın genişlənməsinə, o cümlədən yaxınlıqdan keçən neft kəmərlərinə və elektrik naqillərinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

 

Yanğın nəticəsində yol kənarında 250m² sahədə quru ot və kol-kos yanıb.

 

Yaxınlıqdan keçən neft kəmərləri və elektrik xətləri yanğından mühafizə olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et