Modern.az

Ağcabədi sakini narkotiklə tutuldu

Ağcabədi sakini narkotiklə tutuldu

Aktual

15 İyul 2023, 09:00

Ağcabədi rayon sakinindən çətənə bitkisi və qurudulmuş marixuana götürülüb.

 

Bu barədə Modern.az-a DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

 

Bildirilib ki, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində çətənə bitkisinin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Hindarx qəsəbə sakini Rauf Ağayev saxlanılıb. Onun yaşadığı ünvanda aparılan axtarış zamanı 41 ədəd aqrotexniki üsulla yetişdirilmiş çətənə bitkisi və 3 kiloqram 290 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

 

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

 

Twitter
Sizə yeni tvit var
Keçid et