Modern.az

Yağış neçə gün davam edəcək? - AÇIQLAMA

Yağış neçə gün davam edəcək? - AÇIQLAMA

Aktual

17 İyul 2023, 11:24

Hazırda ölkə ərazisində müşahidə edilən yağışlı hava şəraiti iyulun 18-i gündüz saatlarına qədər davam edəcək.

 

Modern.az-ın məlumatına görə, bunu Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

 

O bildirib ki, bu gün paytaxtda müşahidə edilən leysan yağış düz 11 il əvvəl də qeydə alınıb: "2012-ci ilin 16 iyulunda da Bakıya leysan yağıb".

 

Xatırladaq ki, dünən gecədən etibarən Bakıda yağan intensiv yağış bəzi ərazilərdə çətinliklər yaradıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et