Modern.az

Rusiyanın taxıl sazişindən çıxmasına Avropadan REAKSİYA

Rusiyanın taxıl sazişindən çıxmasına Avropadan REAKSİYA

Aktual

17 İyul 2023, 17:44

Rusiyanın Qara dəniz taxıl təşəbbüsündən çıxması qlobal miqyasda ərzaq təhlükəsizliyini təhdid edir.

 

Modern.az xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel deyib.

 

O, Rusiyanın taxıl sazişindən çıxmasına təəssüfləndiyini söyləyib.

 

“Qara Dəniz Taxıl Təşəbbüsü bütün dünyada milyonlarla insana fayda verib. Mən Rusiyanın bugünkü bəyanatından təəssüflənirəm. Bu, ərzaq təhlükəsizliyini və bütün dünyada insanların taxıl və gübrə təchizatına çıxışını təhlükə altına alacaq”, - Şarl Mişel sosial şəbəkə hesabında yazıb.

Bu xəbər ilə bağlı
Taxıl sazişi ilə bağlı razılaşmalar DAYANDIRILDI
Xəbəri oxu
Whatsapp
Bizə yazın!
Keçid et