Xaçmazda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Modern.az xəbər verir ki, rayonun İstisu qəsəbəsində "Mercedes" markalı minik avtomobili motosikletə toqquşub.
Qəza nəticəsində motosikletçi, 1989-cu il təvəllüdlü Qayıbxanov Turac Həsrətulla oğlu aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.