Modern.az

Qanunsuz qazıntı aparan şəxs cərimələndi

Qanunsuz qazıntı aparan şəxs cərimələndi

Aktual

19 İyul 2023, 18:23

Göyçayda ekskavatorla qanunsuz qazıntı aparan şəxs cərimələnib.

 

Bu barədə Modern.az-a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.

 

Xidmət əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Göyçay rayonunun Qarabaqqal kəndi ərazisindəki dağlıq sahədə gecə saatlarında qazıntı işləri aparıldığı müəyyən edilib.

 

Xidmət rəsmisi Xaliq Mirzəyev bildirib ki, araşdırma zamanı 23-B-074 dövlət nömrə nişanlı ekskavator vasitəsilə qazıntı işləri aparılaraq qarışıq süxur daşındığı, eyni zamanda ərazidəki qaratikan kollarının kökündən çıxarıldığı məlum olub.

 

Faktla bağlı qazıntı işi aparan Ədil Əzizov barəsində akt, protokol tərtib edilib və o, 2000 manat məbləğində cərimələnib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et