ABŞ-ın Ümumi Tibb Elmləri Milli İnstitutundan tədqiqatçı Qabriela Pikardo çılpaq yatmağın insan orqanizminə yeni faydalarını müəyyənləşdirib.
Modern.az xarici mediaya istinadla xəbər verir ki, ABŞ Ümumi Tibbi Elmlər İnstitutunun tədqiqatçı komandasının apardığı araşdırma nəticəsində yatmazdan öncə bədəni üst geyimlərindən azad etməyin qanda xoşbəxtlik hormonunu artırdığı müəyyən edilib.
Alimlərin fikrincə, çılpaq yatmaq nəinki fiziki, hətta emosional sağlamlığa müsbət təsir göstərir.
Psixoloqlar çılpaq yatmağın müsbət təsirlərini insanın təkamül prosesindəki genetik yaddaşı ilə əlaqələndiriblər.