Modern.az

Hökumətdən sahibkarlarla bağlı YENİ QƏRAR

Hökumətdən sahibkarlarla bağlı YENİ QƏRAR

Aktual

20 İyul 2023, 12:30

Nazirlər Kabineti “İnvestisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara texnikanın, texnoloji avadanlıq və qurğuların idxalı üçün təsdiqedici sənədin verilməsi nəzərdə tutulan mal mövqelərinin siyahısı”nı təsdiqləyib.

 

Modern.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

 

Siyahıda istehsal vasitələri, qızdırıcı sobalar, dəzgahlar üçün məsrəf materialları, mühərriklər, buxar qazanları, sənaye sobaları, avtoyükləyicilər, içki istehsalı avadanlığı bəzi kənd təsərrüfatı avadanlıqları, generatorlar, qida məhsullarının daşınması üçün avtomobillər və s. qeyd edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et