Modern.az

Xəstə qadının qızılları oğurlandı

Xəstə qadının qızılları oğurlandı

Aktual

21 İyul 2023, 10:10

Qubada soyğunçuluq edilib.

 

DİN-dən Modern.az-a verilən xəbərə görə, iyulun 18-də Quba rayonunda yaşayan yataq xəstəsi olan 67 yaşlı qadının qızıl sırğa və üzüyünün soyğunçuluq yolu ilə talanması barədə polisə məlumat daxil olub.

 

Quba Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən 2-ci Nügədi kənd sakini, əvvəllər məhkum olunmuş 49 yaşlı Əhməd Məstanov müəyyən olunaraq saxlanılıb.

 

Araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin kəşfiyyata təcili ƏMR VERDİ - Türkiyəni kimlər qarışdırır?