Avstraliyalı dənizçi Tim Şaddok Sakit Okeanda üç ay ac-susuz qaldıqdan sonra xilas edilib.
Modern.az xəbər verir ki, bu barədə “The İndependent” agentliyi məlumat yayıb.
Bildirilib ki, xilasedicilər 90 gün itkin düşmüş elan edilən dənizçini qayığın göyərtəsində sağ tapıblar. 54 yaşlı Tim Şaddok Bella adlı meksikalı itin köməyi ilə xilas olunub.
Üç ay ərzində çiy balıq və yağış suları ilə qidalanmaqla sağ qalan dənizçi sadiq iti Bellanın cəsarətinə heyran qaldığını deyib.