Modern.az

Qanunsuz ağac kəsən şəxslər cərimələndi

Qanunsuz ağac kəsən şəxslər cərimələndi

Aktual

22 İyul 2023, 09:22

Lənkəran və İsmayıllı şəhərləri ərazisində ağacların qanunsuz kəsildiyi müəyyən edilib.

 

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov Modern.az-a bildirib ki, araşdırma zamanı ağacların Lənkəran şəhəri, Həzi Aslanov xiyabanında vətəndaş Vüqar Rəhimov, İsmayıllı şəhəri, Natavan küçəsi 23 ünvanında isə vətəndaş Tahir Osmanov tərəfindən kəsildiyi məlum olub.

 

Faktlarla bağlı akt tərtib edilib, Lənkəran rayon sakini V.Rəhimov barəsində protokol tərtib edilərək qanunamüvafiq tədbir görülüb. İsmayıllı şəhərində isə yaşıllığa dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Baş Prokurorluğa göndərilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et