Modern.az

Azərbaycan və Misir xalqlarını dostluq münasibətləri birləşdirir - Prezident

Azərbaycan və Misir xalqlarını dostluq münasibətləri birləşdirir - Prezident

Aktual

23 İyul 2023, 12:08

"Azərbaycan və Misir xalqlarını ənənəvi dostluq münasibətləri birləşdirir".

 

Modern.az xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin Misir Ərəb Respublikasının milli bayramı – İnqilab Günü münasibətilə Prezident Əbdülfəttah əs-Sisiyə ünvanladığı təbrik məktubunda yer alıb.

 

"Bu gün bu xoş ənənələr üzərində qurulan dövlətlərarası əlaqələrimiz müvəffəqiyyətlə inkişaf etməkdədir", - təbrikdə deyilir.

 

Prezident İlham Əliyev xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan ilə Misir arasında dostluq və əməkdaşlıq münasibətlərinin birgə səylərlə bundan sonra da genişlənəcəyinə və möhkəmlənəcəyinə əminliyini ifadə edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et