Modern.az

Temperatur 48 dərəcəni ötdü - Qırmızı xəbərdarlıq

Temperatur 48 dərəcəni ötdü - Qırmızı xəbərdarlıq

Aktual

24 İyul 2023, 08:22

Əlcəzairdə havanın yüksək temperaturu davam edir.

 

Modern.az “TRT Haber”ə istinadən xəbər verir ki, temperatur bəzi şəhərlərdə 48 dərəcəni keçib. Ölkə üzrə xəbərdarlıq səviyyəsi narıncıdan qırmızıya yüksəldilib.

 

Narıncı rəng “çox təhlükəli” vəziyyətin baş verdiyini və ya gözlənildiyini, qırmızı rəng isə müstəsna dərəcədə ağır “çox təhlükəli” vəziyyətin baş verdiyini və ya gözlənildiyini bildirir.


Əlcəzair Mülki Müdafiə İdarəsi ölkənin şimalında 7 şəhərdə meşə yanğınlarının baş verdiyini, söndürmə işlərinin davam etdiyini açıqlayıb. Təxminən bir aya yaxındır ki, ölkənin paytaxtında havanın temperaturu 48 dərəcə, digər bölgələrdə isə 50 dərəcədir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et