Modern.az

Qubad İbadoğlunu neçə il həbs gözləyir?

Qubad İbadoğlunu neçə il həbs gözləyir?

Aktual

24 İyul 2023, 09:38

Ötən gün saxlanılan Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun ittiham olunduğu maddə açıqlanıb.

 

Modern.az xəbər verir ki, o, Cinayət Məcəlləsinin 204.1-ci (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) maddəsi ilə təqsirləndirilir.

 

Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə təqsirləndirilən şəxslər beş ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 

 

Q.İbadoğlunun gün ərzində məhkəməyə çıxarılacağı gözlənilir.

 

Qeyd edək ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Türkiyə Respublikasının Daxili İşlər Nazirliyindən daxil olan məlumat əsasında ölkəmizdə FETÖ ilə əlaqəli olan şəxslərə qarşı əməliyyat tədbirləri keçirib. Əməliyyat zamanı saxlanılan 5 nəfərdən biri Q.İbadoğlu ilə əlaqəsinin olması barədə ifadə verib. Həmin ifadə əsasında Q.İbadoğlunun ofisində axtarış aparılıb, iş üzrə zəruri əhəmiyyət kəsb edən sənədlər aşkarlanıb və Q.İbadoğlu saxlanılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et