Modern.az

Heydər Əliyev Azərbaycanın dövlətçiliyini qurub - Prezident

Heydər Əliyev Azərbaycanın dövlətçiliyini qurub - Prezident

Aktual

24 İyul 2023, 15:08

Heydər Əliyev Azərbaycanın dövlətçiliyini quran, ölkəni inkişaf yoluna yönləndirən, vətəndaş müharibəsinin qarşısını alan, 1990-cı illərin əvvəlində hökm sürən qarışıqlıq və xaos vəziyyətinə son qoyan şəxs idi.

 

Modern.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Çinin “China Media Group” media korporasiyasına müsahibəsində söyləyib.

 

“O, (Ulu Öndər – red.) həmçinin bu gün də rəhbər tutduğumuz daxili və xarici siyasət prioritetlərini müəyyən etdi. Əlbəttə, 30 il ərzində dünya dəyişib, lakin bizim başlıca məqsədlərimiz dəyişməz olaraq qalıb”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Twitter
Sizə yeni tvit var
Keçid et