Modern.az

Azad edilmiş ərazilərdə daha 43 mina aşkarlandı

Azad edilmiş ərazilərdə daha 43 mina aşkarlandı

Aktual

24 İyul 2023, 17:40

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları barədə həftəlik məlumat açıqlayıb.

 

ANAMA-dan Modern.az-a bildirilib ki, iyulun 17-dən 22-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Xocavənd, Cəbrayıl, Laçın və Zəngilanda 28 piyada, 15 tank əleyhinə mina, 68 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

 

Bildirilib ki, 227, 23 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et