"Yay aylarında isti vaxtlarda bütün dünyada belə hadisələrlə rastlaşmaq olar. Nəzərə almalıyıq ki, bu il alimlər tərəfindən planetimizdə ən yüksək temperatur qeydə alınıb".
Modern.az xəbər veri ki, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.
"Mən heç də demək istəmirəm ki, bu qlobal istiləşmə ilə bağlı olan bir hadisədir. Hadisənin səbəblərini yalnız ekspertizadan sonra demək mümkün olacaq".
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Süleyman Əhmədov küçəsi yaxınlığında qamışlıq sahədə yanğın olması barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.