Modern.az

İtkin düşən turistlər TAPILDI

İtkin düşən turistlər TAPILDI

Aktual

24 İyul 2023, 23:51

Zaqatala rayonunda dağlıq-meşəlik ərazidə yolu azan və köməksiz vəziyyətdə qalan iki nəfər təxliyə olunub.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Modern.az-a bildirilib ki, səyahət məqsədilə ötən gün Zaqatalaya gələn turistləri çətin relyefli dağlıq ərazidən Rayon Polis Şöbəsinin, eləcə də digər aidiyyəti qurumların əməkdaşları təxliyə ediblər.

 

Onlar polis əməkdaşlarının da iştirakı ilə xəstəxanaya aparılıblar və tibbi müayinədən keçiriləcəklər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et