Modern.az

Bakıda kafedən oğurluq edildi

Bakıda kafedən oğurluq edildi

Aktual

25 İyul 2023, 10:16

Bakıda kafedən oğurluq edilib.

 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Modern.az-a verilən xəbərə görə, Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 10-na keçən gecə rayon ərazisindəki kafelərdən birinin həyətindən 2 ədəd soyuducu, qaz sobası və yuyucu aparat oğurlamaqda şübhəli bilinən Balakən rayon sakini İsmayıl Qitinmaqamedov müəyyən olunaraq saxlanılıb.

 

Faktla bağlı araşdırma aparılır.

Twitter
Sizə yeni tvit var
Keçid et