Modern.az

Saxta pulla dövlət rüsumu ödəmək istədi

Saxta pulla dövlət rüsumu ödəmək istədi

Aktual

25 İyul 2023, 15:18

Gəncədə vətəndaşdan saxta pul əskinası aşkarlanıb.

 

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Modern.az-a verilən məlumata görə, polis əməkdaşları şəhər ərazisindəki ASAN xidmət mərkəzində xidmət apararkən Samux rayon sakinindən 1 ədəd saxta 50 manatlıq pul əskinası aşkarlanaraq götürülüb.

 

Həmin şəxs saxta pulla rüsum ödəməyə çalışırmış.

 

Hazırda saxta pulun əldə edildiyi mənbənin müəyyən olunması istiqamətində zəruri tədbirlər davam etdirilir.

Sizə yeni x var
Keçid et
Putin kəşfiyyata təcili ƏMR VERDİ - Türkiyəni kimlər qarışdırır?