Modern.az

BMT müqəddəs kitabların təhqirini pisləyən qətnamə qəbul etdi

BMT müqəddəs kitabların təhqirini pisləyən qətnamə qəbul etdi

Aktual

26 İyul 2023, 08:36

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası dinlərarası dialoqu təşviq etmək üçün qətnamə qəbul edib.


Modern.az xəbər verir ki, bu barədə Baş Assambleyanın sessiyasının rəhbərinin rəsmi nümayəndəsi Polina Kubiyak məlumat verib.


O bildirib ki, qətnamədə müqəddəs kitablara qarşı hər hansı təhqir qəti şəkildə pislənilir və beynəlxalq hüququn pozulması hesab olunur.


Dialoqu təşviq etmək və nifrət nitqinə qarşı mübarizə məqsədi daşıyan sənəddə BMT ölkələrinin insanlara qarşı dini zəmində hücumları, habelə onların dini simvollarına, müqəddəs kitablarına, evlərinə, bizneslərinə, əmlaklarına, məktəblərə, mədəniyyət mərkəzlərinə qarşı yönəlmiş analoji hərəkətləri beynəlxalq hüquq normalarını pozaraq kəskin şəkildə pislədiyi ifadəsi yer alıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et