Bu gün bəzi saytlar "Bakıda magistral su kəmərində qəza baş verib, suyun ətrafa yayılması eyni zamanda magistral yolda hərəkət edən avtomobillərin hərəkətinə ciddi maneələr yaradıb" kimi həqiqətə uyğun olmayan məlumatlar yayıb.
Bunu Modern.az-a açıqlamasında “Azərsu” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib.
"Bəli, bu gün səhər saatlarında magistral kəmərdə qəza baş verib, amma qəza nəticəsində ətrafa böyük həcmdə suyun dağılması və avtomobillərin hərkətində çətinliklərin yaranması halı yaşanmayıb. Sadəcə yüksək təzyiqli kəmərdə sızıntı olub və bu qəza əhalinin içməli su təminatına heç bir mənfi göstərməyib", - deyə qurum rəsmisi vurğulayıb.