Modern.az

Qızılağac Milli Parkının bitki örtüyü

Qızılağac Milli Parkının bitki örtüyü

Aktual

26 İyul 2023, 14:26

Qızılağac Milli Parkı təbiətin təkrar olunmaz bir guşəsidir.Özünün zəngin fauna və özünəməxsus flora aləmi ilə səciyyələnir. Suda üzən çoxsaylı quşların qışlaması üçün əlverişli şəraitinə görə bu park beynəlxalq əhəmiyyətə malikdir. Parkın qərb hissəsində Kiçik Körfəzdə, Qızılağac postu ərazisi və Xəzər daşmasında su bataqlıq sahələri yerləşir. Su – bataqlıq bitkiləri quşların əsas yem bazasını təşkil edir. Milli Parkda 4 əsas bitki tipləri mövcuddur.Su bataqlıq, çəmənlik və yarımsəhralıq. Ərazinin çox hissəsini su – bataqlıq və çəmənlik bitkiləri təşkil edir. Kol bitkiləri əvvəlki illərə nisbətə artmışdır. Bu bitkilərin geniş yayılmasının Lənkəran ovalığının iqlimi və fiziki coğrafi şəraiti imkan verir.

 

Kol bitkiləri Milli Parkda əvvəlki illərə nisbətən artmışdır.

 

Yarımsəhra bitkiləri kiçik məsafəni əhatə edir.

 

Su – bataqlıq bitkiləri

 

Su – bataqlıq bitkiləri sahilyanı və bilavasitə suda bitən qruplardan ibarətdir.Sahilyanı və su - bataqlıq bitkiləri böyük və kiçik körfəz, Qızılağac postu ərazisi, Xəzər daşması və kanalların sahillərini əhatə edir.Sahilyanı, su bitkilərindən əasasən Adi qamış ( phrgmites communus) , su qamışı dala ( tupha angustifolia), qamış növləri ( schoenoplectus) , kökü yumrulu qalmış növləri ( bolboschoenus), cillər növlərinə ( carex) təsadüf edilir.

 

 Bu növlər sırf və eləcədə qarşıq asossasiyalar əmələ gətrir. Daha çox adı qalmış üstünlüyü ilə təşkil olunmuş asossasiya geniş yayılmışdır.Onun qruplaşmaları böyük və kiçik körfəz sahillərində bitir.Qamış cəngəlliklərinin örtülü proyeksiyası 50% - dən çoxdur. Bunların növ tərkibi adətən çox kasıbdır. Körfəzlərin dayaz yerlərində və eləcədə quruda qamış bitkisi, cəngəlliklər əmələ gətrir. Suda bitən qamışların arasına daraqşəkilli,( rdest potomogetoa potomogetoa pectinatus), göl qaşı ( schoenoptectus lacutris), üç üzlü qamış ( schoenoptectus triqueter) və başqaları daxildir.

 

Milli Parkda qamışlığın tərkibinə tək – tək dəvıqulağı süpürgəsi, sürünən qaytarma ( potentilla reptans) , sıxılmış cil ( ranunclus trachycarpus) , yemli yarpaqlı çəpiş otu ( tragopagen qraminfolius), caynaqlı qatıq otu ( galium apariene), dovşan arpası ( herdeum leporimum), bəkklicə dəli buğda ( zolium rigidium), siçana oxşar tülkü quyruğu ( alopecurus myesurides), parıltılı meyvəli cığ ( juncus lampocarus), dəniz cığı ( juncus mariimus), alqırmızı böyürtkən ( rubus sanguineus)  daxildir.

 

Qeyd olunmuş növlərdən əlavə kanal boyu sahillərdə qamış cəngəlliklərinin tərkibinə sarmat kəndiri ( thachomitum sanguieneus), tülkü yağı otu ( epilebium hirsutim), xırda küllü yağı otu ( eminutiflorum), müalicəvi göyərçin otu ( verbena efficinalis) daxildir. Fauanın bir çox nümayəndələri çöl donuzu , qamış pişiyi, çaqqal və çoxsaylı quşlar qamış cəngəllərində özlərinə salmışlar.

 

Əsl su bitkisi qruplarının cəngəlliklərini Böyük körfəzin dayazlıqlarında bitən, kiçik zastera ( zostera minor) müxtəlif növ rdestlər və başqa su bitkilərinin qarışıqları təşkil edir. Kiçik Qızılağac körfəzində darağa oxşar rdest ( potamogeton pektinatus), parıltılı rdest ( potamogeton lucens) , gövdə həcmli rdest ( potamogteon perfoliatus), batırılmış buynuz yarpaqlı ( ceratorhullum demersum) bitki assosiyaların üstünlük təşkil etməsinə təsadüf edilir.

 

Ayrı –ayrı bitki assosasiyalarının əraziləri 200 kv metrdən tutmuş 1000 kv metrdən çox olur.Su qaymaqçiçəyi (utricularia vulqarus) , yaz bataqlıq çiçəyi ( batrachim divaricatim), barmaqvari pospolium (paspalum didigitaria) assosasiyaları Kalinovka limanında və Xəzər daşmasında müşahidə olunur.Adi qovuqca ( callitriche verna) bitkisinin qruplaşmalarına ötürücü kanalın yaaxınlığında rast gəlinir.

 

Çəmənlik bitkiləri

 

Millin Parkda əlverişli şərait olduğu üçün çəmənlik bitkiləri daha geniş yayılmışdır. Bu tipli bitkilərin özünəməxsus qruplaşmaları vardır. Cığ və şoranlıq çəmənlikləri.

 

Cığ çəmənlikləri qumlu və gilli torpaqlarda formalaşıb. Bu çəmənliklər zəngin növ tərkibə malikdirlər. Cığ qruplaşmalarının komponentlərindən yapon tonqal otu, qırmızılaşan tonqal otu (bromus japonikus). b rubens ),(vulpiya), vulpiya myuros) , bərkli dəlicə buğda (zolium rigidium) , fars yoncası, çöl yoncası ( trifolium resupinatium), tarla çöl noxudu ( vicia sativa) .( t compese), kiçik qara yonca (medicago minima), meyer süpürgəsi ( limonium mejeri) , kiçik ətirşah ( gwranium pussilum),durna kimi ( eredium suconium) , boyanmış səhləb ( orchis picta), ( Xəzər səhləbi), orchaşqaları geniş yayılmışdır. Cığ qruplaşmalarına bəzən adi qamış da daxil olunur. Müxtəlif növlü şoran bitkilərinə boz şoran lessinq konforosması, şorani öldürgəni, kövrək şoran , tradus şoranı, keçə şoranı  daxildir.

 

Kol bitkiləri

 

Milli Parkın geniş sahələrini yulğun növləri ( tamarix mejeri t.ramossoma) və böyürtkən ( rubus sanguintus), kolları əhatə edir.Yulğun növləri geniş ekoloji diapzona malikdir, necə şirin eləcədə şor mühitdə təsadüf edilir.Bu bitki parkın quru və su sahələrində, qumlu və eləcədə ağır gilli torpaqlarında yaxşı inkişaf edir.

 

Suda üzən quşlar koloniyalarını Ağ quşa daşmasında suda bitən yanmış yulğun kollarında qururlar.2022- ci ildə bu yulğunluqda sarı vağ, Misir vağı, Kiçik ağ vağ, kiçik qarbatdaq, qaranaz, ərsindimdik və s. Quş növləri koloniyalarını məhz burada qurmuşlar. Kol bitkilərindən böyürtkən sahələri də geniş yer tutur. Böyürtkən kolları qamış və cığ bitkiləri ilə sırf qruplaşmalar təşkil edir. Böyürtkən kolluqları parkın çox saylı , heyvanları və quşları üçün sığınacaq və yem bazası rolunu daşıyır, xüsusilə də sərçəkimiləri özünə cəlb edir.

 

Yarımsəhra bitkiləri

 

Yarımsəhra bitkiləri böyük körfəz ətraflı ərazilərdə müşahidə edilir. Bu bitkilər taxıl - efemer, taxıl müxtəlif otluluq – efemer və şoran asossasiyalrı təşkil edir. Şoran ot bitkilərinə nisbətən az təsadüf edilir.Yarımsəhra – efemer bitkiləri əsasən şoran torpaqlarda bitir.Fitesenozlarda qırmızılaşan tonqal otu ( zerna rubens), yapon tonqal otu( bromus japonicils), dovşan arpası, tülkü arpası, sərt dəlicə buğda, siçanquyruq vulpiya üstünlük təşkil edir.

 Taxıl müxtəlif otluluq – efemer fitesenozlarını yuxarıda və aşağıda qeyd olunan müxtəlif ot bitkiləri daxildir. Qırmızılaşan soğan ( allium erubescens) , daraqyarpaq kətan  (zinium anqustifolium), südləyən günəbaxan ( euphorbia heeloscopia), kiçik ətirşah, incə ətirşah, dişli dəlicə cincilim (cerastium dentatum) , ulduzşəkilli ( stellaria metia) , konusşəkilli qoyunqulağı ( silenesubconica ), deşilmiş bozalaq ( zepilum perfolliatum),deşilmiş qazıotu(hypericumperforatum).

 

 Taxıl – efemer və tyaxıl müxtəlif otluluq –efemer yarımsəhra bitkiləri əlverişli biçənək sahələridir. Böyük körfəz sahilində , alı bulağı ərazisində bu sahələrin məhsuldarlığı 30-40 sentnerə yaxındır.

 

Yarımsəhra şoran bitkiləri şoran torpaqılarda inkişaf edir. Bu bitkilər böyük körfəzin şimal sahələrində və nisbətən ondan uzaq sahələrdə yayılmışdır.Yarımsəhra şoran otlarının qruplaşmalarında avropa duzda bitəni , budaqlı petrosimunia , şoran astra, sancaqayaq üstünlük təşkil edir.Bu fitesenozlar primitiv tərkibə malikdir. Çoxları 1 növdən ibarətdirlər. Efemer yarımsəhra ot bitkiləri özlərinin əlvan çiçəkləri ilə gözəl rənglər yaradırlar.                                           

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et