Modern.az

Netanyahu Türkiyəyə nə vaxt gələcək? - Səfir açıqladı

Netanyahu Türkiyəyə nə vaxt gələcək? - Səfir açıqladı

Dünya

9 Avqust 2023, 09:27

İsrailin baş naziri Benyamin Netanyahunun təxirə salınmış Türkiyə səfərinin yenidən təşkili üçün hazırlıq işləri gedir.

 

Modern.az xəbər verir ki, bu barədə "Posta"ya İsrailin Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri İrit Lillian danışıb.

 

Səfir "İsrail baş nazirinin yeni səfər tarixi bəlli oldumu?" sualını belə cavablandırıb:

 

"28 iyulda nəzərdə tutulan səfər idi, lakin Netanyahunun sağlamlığında yaranan problemə görə ertələməyə məcbur qaldıq. Hər iki tərəfdə bu səfərin tezliklə reallaşması üçün güclü istək və iradə var. Yeni tarixlər üçün çalışırıq".

 

Xatırladaq ki, ötən ay İsrail Baş naziri əməliyyat olunub. Binyamin Netanyahuya ürək ritminin tənzimlənməsi üçün kardiostimulyator quraşdırılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənilər sərhəddə təxribat törətdi – İki zabit yaralandı