Modern.az

Rusiya Nikolayev, Donetsk və Xersonu atəşə tutdu - Yaralılar var

Rusiya Nikolayev, Donetsk və Xersonu atəşə tutdu - Yaralılar var

Dünya

9 Avqust 2023, 10:14

Rusiya Ukraynanın Nikolayev vilayətini atəşə tutub.

 

Modern.az "Ukrinform"a istinadən xəbər verir ki, nəticədə 2 yeniyetmə yaralanıb.

 

Həmçinin son sutkada Xerson vilayəti də 66 dəfə atəşə tutulub və 2 sakin xəsarət alıb. Gün ərzində Rusiya qüvvələri Donetsk vilayətinin 2 sakinini də yaralayıb.

 

Qeyd olunub ki, Rusiya əsgərləri Ukraynada 1095 uşağın xəsarət almasına səbəb olub.

 

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir