Modern.az

Moskva yaxınlığında güclü partlayış: 52 nəfər yaralandı - VİDEO (YENİLƏNİB)

Moskva yaxınlığında güclü partlayış: 52 nəfər yaralandı - VİDEO (YENİLƏNİB)

Dünya

9 Avqust 2023, 15:35

Rusiya paytaxtı Moskva yaxınlığında baş verən partlayış zamanı yaralanan şəxslərin sayı 52-yə çatıb.

 

Modern.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli rəhbərlik məlumat yayıb.

 

***

14:04

 

Rusiya paytaxtı Moskva yaxınlığında baş verən partlayış zamanı yaralanan şəxslərin sayı 38-ə çatıb.

 

Modern.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli rəhbərlik məlumat yayıb.

 

***

13:26

 

Rusiya paytaxtı Moskva yaxınlığında baş verən partlayış zamanı yaralanan şəxslərin sayı artıb.

 

Modern.az xəbər verir ki, bu barədə Moskva vilayətinin qubernatoru Andrey Vorobyov məlumat verib.

 

Onun sözlərinə görə, 31 nəfər xəsarət alıb, 3 nəfər ağır xəsarətlərlə reanimasiyadadır, daha 12 nəfər təcili yardıma göndərilib.

 

***

12:12

 

Rusiya paytaxtı Moskva yaxınlığındakı Sergiyev Posadda yerləşən optik-mexaniki zavodda partlayış baş verib.

 

Modern.az xəbər verir ki, bu barədə "RİA Novosti"yə fövqəladə hallar orqanlarından məlumar verilib.

 

Bildirilib ki, hazırda zərərçəkənlər barədə məlumat dəqiqləşdirilir. Partlayışdan sonra zavodda tam təxliyə elan edilib, təhlükəsizlik qüvvələri və yerli rəhbərlik hadisə yerinə gəlib. Hadisəinin səbəbləri araşdırılır.

 

"İzvestiya" qəzetinin məlumatına görə, partlayış nəticəsində 12 nəfər yaralanıb.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ermənilər sərhəddə təxribat törətdi – İki zabit yaralandı