Modern.az

Moskva İrəvan və Bakıya kömək edir - Zaytsev

Moskva İrəvan və Bakıya kömək edir - Zaytsev

Dünya

9 Avqust 2023, 12:58

"Moskva sülh müqaviləsinin hazırlanmasında İrəvan və Bakıya ciddi köməklik göstərir".

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Aleksey Zaytsev brifinq zamanı bildirib.

 

Onun sözlərinə görə, bu, üçtərəfli sazişlərin elementlərindən biridir.

 

"Çıxış yolu üçün yüksək keyfiyyətli razılaşmalara ehtiyac var, prosesi çətinə salmağa ehtiyac yoxdur", - Zaytsev deyib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir