Modern.az

Azərbaycanlılar Ukraynaya qayıdır - ŞOK MÜSAHİBƏ

Azərbaycanlılar Ukraynaya qayıdır - ŞOK MÜSAHİBƏ

Müsahibə

4 Sentyabr 2023, 14:00

Ukraynadakı müharibə ilə əlaqədar Azərbaycan dövləti tərəfindən Ukrayna xalqına da bir neçə dəfə humanitar yardım göndərilib. Bir neçə ay əvvəl isə Prezident İlham Əliyevin sərəncamı ilə Ukraynaya yardım məqsədilə Energetika Nazirliyinə 7,6 milyon dollar vəsait ayrılıb. Vəsait Ukraynaya humanitar yardım göstərilməsi məqsədilə elektrik avadanlığının satın alınması və göndərilməsi üçün nəzərdə tutulub. Bundan başqa, Azərbaycan Ukraynanın İrpen şəhərinin yenidən qurulmasında aktiv rol oynayan ölkələrdən biridir. 

 

Ukraynadakı Azərbaycan diasporunun fəaliyyəti də misilsizdir. Diasporumuz ölkədə ehtiyacı olan bir çox azərbaycanlıya yardım əlini uzadıb, onların problemlərini həll edib.

 

Ukrayna Azərbaycanlıları Radasının Aparat rəhbəri Elşad İbrahimov Azərbaycan diasporunun fəaliyyəti, gördüyü işlər və s. haqqında Modern.az-a müsahibə verib.

 

- Ukraynada müharibənin ilk zamanları dövlət qurumları ilə bərabər Azərbaycan diasporunun ciddi fəaliyyətinin şahidi olduq. Bəs, Ukraynadakı Azərbaycan diasporu son vaxtlar hansı işləri görür, hədəfləri nələrdir?

 

- Ukraynada fəaliyyət göstərən Ukrayna diasporu müharibəyə qədər hansı fəaliyyəti var idisə, indi də bu davam etdirilir. Müharibə başlayandan sonra bizim fəaliyyətimiz daha da artıb. Bildiyiniz kimi, artıq bir il altı aydır ki, Ukraynada müharibə gedir. Bu müharibədə istər dinc əhalidən, istərsə də Ukraynanın suverənliyi uğrunda mübarizə aparan soydaşlarımız arasında həyatını itirənlər var. Bir çox soydaşımızın təsərrüfatına zərər dəymişdi. Belə bir dövrdə Azərbaycan diasporu olaraq soydaşlarımızın yanında olmuşuq və olmağa da davam edirik. Bizim burada fəaliyyətimiz də özbaşına deyil. Biz Azərbaycanın dövlət qurumları ilə birlikdə işlər görürük. Diaspor Komitəsi və eyni zamanda Ukraynada fəaliyyət göstərən Azərbaycan səfirliyi ilə daim əlaqdəyik. Burada müharibə olmasına baxmayaq, soydaşlarımızla bərabər ölkəmizin əhəmiyyətli günlərini də keçirməyi unutmuruq.

 

- Aydındır ki, müharibənin ilk vaxtlarında soydaşlarımız arasında Ukraynanı tərk edənlər çox idi. İndi vəziyyət necədir, azərbaycanlılardan Ukraynaya qayıdanlar varmı?

 

- Müharibə zamanı Ukraynanı tərk edən azərbaycanlıların artıq 50%-i geri qayıdıb. Müharibənin ilk günləri həmyerlilərimiz arasında 80%-ə qədər şəxs buranı tərk etmişdi. Amma bir fakt var ki, Ukrayna qanunverciliyinə görə, 18-60 arası Ukrayna vətəndaşı olan kişilər ölkəni müharibə şəraitində tərk edə bilməzlər. Ukrayna vətəndaşı olan kişi soydaşlarımızdan başqa demək olar ki, yaşlılar, qadınlar, uşaqlar ilk gündən ölkəni tərk etmişdilər. Bu, məntiqli idi, çünki heç kim bilmiridi ki, nə olacaq. Amma indi Ukraynaya qayıdanlar arasında canlanma var. Ölkəni tərk edənlərin 50%-i demək olar ki, geri qayıdıb. Burada fəaliyyət göstərən iş adamlarımız var, onlar öz işlərinin başındadır. Düzdür, burada yaşamaq hələ də təhlükəlidir, amma buna baxmayaraq hər kəs öz işinin başındadır.

 

- Ordakı soydaşlarımızın əsas şikayətləri nələrdir?

 

- Buradakı soydaşlarımızın əsas şikayətləri Ukrayna vətəndaşları ilə demək olar ki, eynidir. Soydaşlarımız da istəyir ki, müharibə tez bir zamanda bitsin, onlar öz həyatlarına olduğu kimi davam etsinlər. İnsanlar artıq müharibə şəraitindən bezib, stabillik istəyirlər. Digər şikayət isə sənədləşmə ilə bağlı ola bilər. Çünki müharibənin ilk günlərindən digər ölkə səfirlikləri kimi bizim səfirlik də Azərbaycan dövlətinin qərarı ilə paytaxtdan Lvov şəhərinə köçürülmüşdü. Fəaliyyətini oradan davam etdirirdi, ilk gündən soydaşlarımızın sənəd alınmasdı ilə problemləri olurdu. Çünki müharibə şəraiti idi, indi isə səfirliyimiz əvvəl olduğu kimi Kiyevdə fəaliyyət göstərir. Əvvəl səfirliyimizdə vətəndaşların qəbul günləri həftənin üç günü idisə, ind isə həftənin beş günü fəaliyyət göstərir. Lazım olanda altıncı günlər də fəaliyyət göstərirlər. Düşünürəm ki, bundan başqa soydaşlarımızın Ukraynada ciddi problemləri, şikayətləri yoxdur.

 

- Müharibə ilə əlaqədar ciddi maddi və mənəvi zərərçəkən soydaşlarımız var. Bəs hazırda Ukraynada zərərçəkən soydaşlarımızla bağlı hər hansı işlər aparılır?

 

- Burada müharibədən tək bizim soydaşlarımız əziyyət çəkməyib. Ümumi bərpa ilə bağlı dövlətin proqramı var. Bizim diaspor nümayəndələrindən biri də zərərçəkənlərdən biri idi. Onun yaşadığı binaya raket zərbəsi düşmüşdü, bina yararsız vəziyyətdə idi. Amma indi bina bərpa edilib.

 

- Bir müddət əvvəl Ukraynaya yeni səfir təyin olunub. Öyrənmək istərdik, yeni səfirlə işlər necə qurulub?

 

- Yeni təyin olunan səfirimizlə şəxsən görüşmüşəm. Səfirimiz millətini, dövlətini sevən birisidir. İki aydır təyin olunmasına baxmayaraq çox böyük işlər görüb. Diaspor və səfirlik mütəmadi olaraq birlikdə işləyir. Səfirlə görüşümüzdə də gələcək planları, görüləcək işləri müzakirə etdik.

 

- Ukraynanın bərpası ilə bağlı keçirilən beynəlxalq konfransda Azərbaycan da üzərinə öhdəliklər götürmüşdü. Bu öhdəliyə uyğun olaraq Azərbaycan Ukraynanın Kiyev vilayətinin İrpen şəhərində bərpa işləri ilə məşğul olacaqdı. Bərpa işləri ilə bağlı işlər hansı yerdədir?

 

- Bununla bağlı işlər aparılır. Artıq şəhər bərpa olunur. İrpen şəhərində Zərifə Əliyeva adına məktəb və park var. Müharibə zamanı həmin ərazilərdə dağıdılmışdı. Artıq problem aradan qaldırılıb, bərpa işləri aparılıb. Həmin məktəb bu ilin sentyabrında dərs fəaliyyətinə başlayıb. Park da sakinlərin ixtiyarına verilib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək