Modern.az

Ordumuzun antiterror tədbiri Gürcüstan mətbuatında

Ordumuzun antiterror tədbiri Gürcüstan mətbuatında

Media

19 Sentyabr 2023, 17:08

Gürcüstan mətbuatında Azərbaycan ordusunun Qarabağda həyata keçirdiyi antiterror tədbirləri barədə xəbərlər dərc edilib.

 

Modern.az xəbər verir ki, nüfuzlu nəşrlərdə Azərbaycan Müdafiə Nazirliyinin bəyanatı yer alıb.

 

"Realnews.ge" və "24news.ge" saytlarında dərc edilən bəyanatda bildirilir ki, son bir neçə ayda Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Azərbaycan Ordusunun mövqelərinin müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulması, ərazilərimizin minalanmasının davam etdirilməsi, döyüş mövqelərinin mühəndis cəhətdən təkmilləşdirilməsi, eləcə də səngər və sığınacaqların sayının artırılması gərginliyin artmasına səbəb olub.

 

Açıqlamada deyilir ki, üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rəisinin düşdüyü qəza barədə sensasion faktlar-Olaydan əvvəl...