Modern.az

“Yeni Klinika” jurnalistləri pulsuz müayinəyə DƏVƏT ETDİ

“Yeni Klinika” jurnalistləri pulsuz müayinəyə DƏVƏT ETDİ

Media

20 Sentyabr 2023, 10:36

“Son zamanlar jurnalist dostlarımızın kəskin ürək çatışmazlığı diaqnozu ilə qəfil dünyalarını dəyişməsi, “Yeni Klinika” komandası olaraq bizi də sarsıdan xəbərlər sırasındadır. Bəzən stres altında öz peşə borclarını layiqincə yerinə yetirməyə çalışan həmkarlarımız həyatın tələsən ritmində ürəklərini incidirlər”. 

 

Modern.az-ın məlumatına görə, bunu “Yeni Klinika”nın  İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarova bildirib.

 

O, “Yeni Klinika”da jurnalistlərə güzəşt olunacağını deyib.

 

“Odur ki, ürəyində cüzi də olsa narahatlıq hiss edən media mənsublarını “Yeni Klinika”da tətbiq olunan icbari tibbi sığorta sisteminin Xidmətlər Zərfi çərçivəsində tam ödənişsiz həkim kardioloqlarımızın məsləhəti ilə kardio müayinələrdən keçməyə dəvət edirik. 

 

Maraqlanan hər bir həmkarımızdan rica edirəm ki, mənimlə əlaqə saxlasın. 
Mənfur düşmənə qarşı informasiya savaşımızın qəhrəmanları, siz bizə lazımsınız! Azərbaycan üçün sağlam olun!”, - N.Allahyarova qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rəisinin düşdüyü qəza barədə sensasion faktlar-Olaydan əvvəl...