Modern.az

Xaricdə yaşayan jurnalist: “Qənirə xanımla İstanbuldan Bakıya qədər söhbət etdik”

Xaricdə yaşayan jurnalist: “Qənirə xanımla İstanbuldan Bakıya qədər söhbət etdik”

Media

30 Sentyabr 2023, 12:48

Hollandiyada yaşayan jurnallist Vüqar Abbasov mərhum deputat Qənirə Paşayeva ilə bağlı bir xatirəsini bölüşüb.

Modern.az-ın məlumatına görə, V.Abbasov millət vəkilinin ölümündən çox təsirləndiyini qeyd edib:

“Qənirə xanımın vəfat etməsi xəbəri məni çox üzdü. Onunla dəfərlərlərlə Avropanın müxtəlif ölkələrində, Türkiyədə, Bakıda və hətta göydə göüşmüşdük. Ən uzun sürən söhbətimiz isə göydə, yəni təyyarədə olub.

Amsterdam-İstanbul-Bakı marşrutu ilə uçurdum. İstanbuldan Bakıya uçanda, təyyarə yenicə havaya qalxmışdı ki, kiminsə ön tərəfdən arxaya tərəfə gəldiyini gördüm. Yaxınlaşdı və gördüm ki, Qənirə xanımdır.

Salamlaşdıq və dedi:
 

- Vüqar müəllim (mənə bəzən belə, bəzən də “əziz qardaşım” deyə müraciət edərdi) ön sırada iki nəfərlik yerdə oturmuşam, yanımdakı yer boşdur. Sizi gördüm, dedim dəvət edim bir qədər söhbət edək.
 

Bu qədər sadə insan idi. İstanbuldan Bakıya qədər söhbət etdik, demək olar ki, fasilə vermədən. Çox mövzuda danışdıq, təbii ki, həm də diaspor mövzusunda.
 

Ondan sonra da dəfələrlə görüşdük. Azərbaycana son səfərimdə də bir təbirə dəvət almışdım, Qənirə xanım də gəlməli imiş, amma işlərinin çoxluğu səbəbindən gələ bilməmişdi.
 

Deyirlər ki, bu dünyadan başqa da dünya var və insan dünyasını dəyişdikdən sonra o biri dünyaya gedir. Bir də deyirlər ki, insan dünyasını dəyişdikdən sonra ruhu göylərə uçur. Kim bilir, bəlkə də belədir. Əgər belədirsə, göylərdə görüşənə kimi. Məkanın cənnət olsun”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rəisinin düşdüyü qəza barədə sensasion faktlar-Olaydan əvvəl...