Modern.az

TƏBİB-in Mətbuat xidmətində kimlər işləyir? - ADLAR+FOTOLAR

TƏBİB-in Mətbuat xidmətində kimlər işləyir? - ADLAR+FOTOLAR

Media

2 Oktyabr 2023, 17:34

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin işçi heyətinin tərkibi açıqlanıb.

 

Modern.az xəbər verir ki, məlumatı TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Adilova açıqlayıb.

 

“Vacib bir qeydi nəzərinizə çatdırıram ki, aparılan struktur dəyişikliyindən sonra departament İctimaiyyətlə əlaqələr və kommunikasiya departamenti adlanır. Tərkibində 2 şöbə - İctimaiyyətlə əlaqələr və Daxili kommunikasiya şöbəsi fəaliyyət göstərir.

 

İctimaiyyətlə əlaqələr və kommunikasiya departamenti TƏBİB Aparatının struktur bölməsidir.

 

Departamentin fəaliyyət istiqamətlərinə TƏBİB-in və tabeli tibb müəssisələrinin media və ictimaiyyətlə əlaqələr, marketinq, tədbirlər, daxili kommunikasiya sahələrində işlərinin təşkilini, tənzimlənməsini və təkmilləşdirilməsini təmin etmək daxildir”, - Z.Adilova bildirib.

 

O, jurnalistləri İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin fəaliyyətini qiymətləndirməyə çağırıb.

 

“Bu, bizə fəaliyyətimizi təkmilləşdirməyə, media ilə əməkdaşlığımızı daha yüksək səviyyəyə çatdırmağa imkan verəcək.

 

Artıq dərəcədə xahiş edirik ki, TƏBİB-lə sıx əməkdaşlıq edən və jurnalistlik fəaliyyəti ilə məşğul olanlar bu sorğuda iştirak etsinlər!”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rəisinin düşdüyü qəza barədə sensasion faktlar-Olaydan əvvəl...