Modern.az

İcmanın xarici ölkələrdə nümayəndəlikləri yaradılacaq

İcmanın xarici ölkələrdə nümayəndəlikləri yaradılacaq

Qərbi Azərbaycan

23 Dekabr 2023, 13:54

Qərbi Azərbaycan İcmasının xarici ölkələrin əksəriyyətində nümayəndəliklərinin, ofislərinin açılması nəzərdə tutulur. Çünki xarici ölkələrdə olarkən orada kifayət qədər çox Qərbi azərbaycanlının yaşadığını görürük.

 

Modern.az xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli söyləyib.

 

O bildirib ki, Türkiyənin müxtəlif şəhərlərində, universitetlərində Qərbi Azərbaycanla bağlı konfranslar keçirilməlidir. Artıq bu məsələlərlə bağlı müəyyən razılaşmalar var. Şübhəsiz ki, bu fəaliyyətimizi Avropada və müxtəlif ölkələrdə də davam etdirəcəyik.

 

“Bildiyiniz kimi, Türkiyənin İğdır, Qars, Bayburt, İzmir, Manisa bölgələrində Qərbi Azərbaycan əsilli çoxlu sayda insan var. Həmin insanlar tərəfindən bizə müraciətlər edilir”,- deyə Ə. Ələkbərli vurğulayıb.

 

Deputat əlavə edib ki, Fransanın Paris və Niderlandın Haaqa şəhərlərində Qərbi Azərbaycan İcmasının nümayəndəlikləri rəsmi olaraq dövlət qeydiyyatından keçib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir