Modern.az

Komitə sədri Xalq rəssamı ilə görüşdü

Komitə sədri Xalq rəssamı ilə görüşdü

Mədəni̇yyət

26 Dekabr 2023, 11:48

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa Almaniyada yaşayan Xalq rəssamı, Almaniya Rəssamlar Birliyinin, UNESCO Rəssamlar Federasiyasının üzvü, Azərbaycan Rəssamlar İttifaqının və Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü Əşrəf Heybətlə görüşüb.

 

Modern.az xəbər verir ki, Mədəniyyət komitəsində keçirilən görüşdə Əşrəf Heybət “Heydər Əliyev İli”ndə və Şuşanın “Türk dünyasının mədəniyyət paytaxtı” olduğu müddətdəki yaradıcı fəaliyyəti ilə bağlı məlumat verib, qarşıdan gələn “Yaşıl dünya naminə həmrəylik ili" və Şuşanın “İslam dünyasının mədəniyyət paytaxtı” statusunu daşıyacağı müddətə dair yaradıcılıq planlarını bölüşüb.

 

Komitə sədri ustad sənətkarın yaxın aylarda Zirədəki “Eko-Park”da təşkil olunmuş “aba yurdum” adlı uğurlu fərdi sərgisi, digər yaradıcılıq uğurları münasibətilə təbrik edib, ürək sözlərini bölüşüb.

 

Əşrəf Heybətin “Bakı Azərbaycanın ürəyi, Şuşa isə onun ruhudur” kəlamını xatırladan Fazil Mustafa görkəmli sənət xadiminin Şuşaya, Qarabağa, Azərbaycana, bütövlükdə Türk dünyasına özünəməxsus sənət münasibətini minnətdarlıqla vurğulayıb, ona Azərbaycan, Türk dünyası həqiqətlərinin təsviri sənət dili ilə təbliğ-tərənnüm olunmasında yeni uğurlar diləyib: “Sizin əsərləriniz bir çox xarici ölkənin nüfuzlu sərgi salonlarında nümayiş olunur. Siz həyata baxışınızla, yüksək sənət ideallarınızla Azərbaycan təsviri sənətini, ümumən mədəniyyətimizi dünyanın dörd tərəfində peşəkarlıqla tanıdırsınız. Mənəvi dəyərlərə dair yüksək ideyaların əks olunduğu əsərlərinizin əsas predmeti insan və təbiətdir. Məhz bu amillər, “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması, o cümlədən Şuşanın “İslam dünyasının mədəniyyət paytaxtı” statusu daşıması etibarı ilə 2024-cü ilin sizin üçün əlamətdar il olacağına dəlalət edir. Sizi bütün uğurlarınıza görə, eləcə də qarşıdan gələn Həmrəylik Günü və Yeni təqvim ili münasibətilə təbrik edir, möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları diləyirəm”.

 

Xalq rəssamı səmimi görüş və təbrik üçün təşəkkür edib, yaradıcılığına aid nəşri komitə sədrinə, komitə sədri də öz növbəsində kitablarını Xalq rəssamına təqdim edib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir