Azərbaycan Respublikasının Prezidenti yanında QHT-yə Dövlət Dəstəyi Şurasının qrant vəsaiti hesabına Sosial Rifah və Tədqiqatlar İctimai Birliyi “Ermənistan Azərbaycan münaqişəsinin tədqiqatı və həqiqatların beynəlxalq aləmə çatdırılması” layihəsi çərçivəsində “Azərbaycan faktlarda” adlı yeni sayt yaradır.
İctimai Birlikdən Modern.az-a verilən məlumata görə, Azərbaycan və ingilis dillərində fəaliyyət göstərəcək bu saytda Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın tarixi, mədəniyyəti, ictimai-siyasi proseslər haqqında dolğun məlumatlar yerləşdiriləcək. Layihə çərçivəsində Quba məzarlığı ilə bağlı geniş araşdırmaların aparılması nəzərdə tutulur. Ümumiyyətlə, layihə çərçivəsində mövzu ilə bağlı xəbərlərə, analitik tədqiqatlara, şərhlərə, müsahibələrə geniş yer veriləcək. Sayt may ayının axırında istifadəçilərin xidmətində olacaq. Modern.az