Modern.az

Güclü külək 2 nəfəri xəstəxanalıq etdi

Güclü külək 2 nəfəri xəstəxanalıq etdi

Hadisə

4 Aprel 2024, 13:54

Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna güclü küləkdə xəsarət alan iki nəfər müraciət edib.

 

Modern.az xəbər verir ki, bu barədə İnstitutdan məlumat verilib.

 

Bildirilib ki, xəsarət alanlardan 1991-ci il təvəllüdlü kişiyə sağ mil sümüyünün başının sınığı, sağ pəncənin daraq sümüklərinin əsasının sınığı, 1971-ci il təvəllüdlü qadına isə döş qəfəsinin, mil bilək oynağının və hər iki diz oynağının əzilməsi, sol dizin ön səthinin sıyrılmış yarası diaqnozu qoyulub.

 

"Hər iki şəxs ilkin yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar", - deyə məlumatda qeyd edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok