Modern.az

11 yaşlı oğlanı maşın vurdu 

11 yaşlı oğlanı maşın vurdu 

Hadisə

6 Aprel 2024, 00:26

Cəlilabad rayonunda minik avtomobili piyadanı vurub.

 

Modern.az xəbər verir ki, hadisə rayonun Novruzallı kəndi ərazisində qeydə alınıb.

 

Belə ki, hərəkətdə olan "VAZ-2107" markalı minik maşını 2013-cü il təvəllüdlü A.Ağayevi vurub. Ağır xəsarət alan yeniyetmə təcili yardım avtomobili ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Həkimlər ona qapalı kəllə-beyin travması diaqnozu qoyub. Hazırda onun müalicəsi reansimasiya şöbəsində davam etdirilir, vəziyyətinin isə orta-ağır olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok