Modern.az

Daha bir güləşçimiz mərhələ adladı

Daha bir güləşçimiz mərhələ adladı

7 Aprel 2024, 12:53

Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirinə qələbə ilə başlayıb.

 

Modern.az xəbər verir ki, 74 kq çəki dərəcəsində yer alan 23 yaşlı idmançı 1/8 final mərhələsində isveçrəli Tobias Portmannı üstələyib.

 

Görüş təmsilçimizin 10:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bayramov 1/4 finalda Rumıniya idmançısı Zurab Karpayevlə üz-üzə gələcək.

 

Qeyd edək ki, daha əvvəl Osman Nurmaqomedov (86 kq) 1/8 finala, Əliabbas Rzazadə (57 kq) və Hacı Əliyev (65 kq) isə 1/4 finala adlayıblar.

Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok