Modern.az

Futbolçunun evini qarət etdilər, maşınını oğurladılar

Futbolçunun evini qarət etdilər, maşınını oğurladılar

İdman

7 Aprel 2024, 17:55

"Nyukasl"ın hücumçusu Aleksandr İsakın evi qarət edilib.

 

Modern.az "The Sun"a istinadən xəbər verir ki, qarətçilər futbolçunun avtomobilini oğurlayıblar. İngiltərə polisi bu məlumatı təsdiqləyib.

 

Lakin hadisə zamanı futbolçunun özünün və ya ailəsinin evdə olub-olmadığı məlum deyil. 

 

Xatırladaq ki, daha əvvəl İngiltərədə İsakın komanda yoldaşı, hücumçu Coelintonun, eləcə də “Mançester Siti”nin vingeri Cek Qrilişin evi qarət edilmişdi.

Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok