Modern.az

Hacı Əliyev Olimpiadaya lisenziya qazandı

Hacı Əliyev Olimpiadaya lisenziya qazandı

7 Aprel 2024, 19:09

Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

 

Modern.az xəbər verir ki, 65 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı Albaniya təmsilçisi İslam Dudayevə 6:3 hesabı ilə qalib gələrək bu uğura imza atıb.

 

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçi Əliabbas Rzazadə ( 57 kiloqram) və Maqomedxan Maqomedov (97 kiloqram) Olimpiadaya lisenziya əldə edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok