Modern.az

"Qalatasaray" - "Fənərbaxça" matçı yarımçıq qaldı

İdman

7 Aprel 2024, 23:06

"Turkcell Superkubok" çərçivəsində "Qalatasaray" - "Fənərbaxça" arasında keçirilən matç 2-ci dəqiqədə yarımçıq qalıb.

 

Modern.az xəbər verir ki, bu barədə TRT kanalı məlumat yayıb.

 

Buna səbəb "Fənərbaxça"nın meydandan geri çəkilməsi olub.

 

U19 komandasının oyunçuları İkardinin qolundan sonra baş məşqçi Murat Zeki Gölenin göstərişi ilə meydanı tərk edib və soyunub-geyinmə otağına yollanıblar.

 

Qarşılaşmanın baş hakimi Volkan Bayarslan və köməkçiləri bir müddət gözləyərək "Fənərbaxça"nın geri dönməyəcəyinə əmin olub, sonra 4-cü dəqiqədə matçı yarımçıq qoyub.

 

Qeyd edək ki, federasiya oyunun nəticəsi ilə bağlı qərar verəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok