Modern.az

“Fənərbaxça” oyunu niyə yarımçıq saxladı? - AÇIQLAMA

“Fənərbaxça” oyunu niyə yarımçıq saxladı? - AÇIQLAMA

İdman

8 Aprel 2024, 10:30

"Fənərbaxça" Türkiyə Superkubokunun "Qalatasaray"la matçının yarımçıq dayandırılmasından sonra açıqlama yayıb.

Modern.az xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat yayılıb. Açıqlamada bildirilib:


“Bu gün meydana qalib gəlmək üçün deyil, həqiqəti müdafiə etmək üçün çıxdığımız üçün bunları vurğulamaq istəyirik: 117 illik tariximiz boyunca təkcə futbolda deyil, indiki bütün Türkiyə idmanına xidmət etmişik. Muzeyimizdə tər və zəhmətlə qazanılmış minlərlə kubok var.

30 milyon azarkeşimizlə birlikdə ölkəmizin milli dəyərlərini paylaşırıq. Dünyanın ən böyük idman klubu olaraq, dünən olduğu kimi, bu gün də, sabah da mövqeyimizdə dayanmağa davam edəcəyik”.

Qeyd edək ki, dünən "Fənərbaxça" və "Qalatasaray"ın qarşılaşdığı Türkiyə Superkuboku uğrunda oyunun ilk dəqiqəsində Mauro İkardi "Qalatasaray"ı hesabda irəli çıxarıb. Meydana 19 yaşlılardan ibarət komandası ilə çıxan "Fənərbaxça"  matçı boykot edərək stadionu tərk edib.
 

Bir müddət əvvəl Türkiyə Superliqasının 30-cu turunun matçında "Trabzonspor" azarkeşlərinin "Fənərbaxça" futbolçularına hücumu səbəbindən “sarı-göylər”in çempionatdan çıxa biləcəyi barədə xəbər yayılmışdı. 
Sözügedən matçın final fitindən sonra "Fənərbaxça" futbolçuları meydanın mərkəzində qələbəni qeyd ediblər. "Trabzonspor" azarkeşləri isə kütləvi şəkildə meydana qaçıblar və rəqib futbolçulara hücum ediblər. Bundan sonra tərəflər arasında dava olub.

Bəzi məlumatlara görə, "Fənərbaxça" Belçika, Niderland, İspaniya, Fransa və İtaliya liqalarında oynamaq variantlarını nəzərdən keçirir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok