Modern.az

"Juninyonun dönər yeməyində böyük qəbahət yoxdur"

İdman

8 Aprel 2024, 15:46

Juninyonun dönər alarkən çəkilən videosu böyük ajiotaj doğurdu. Lakin məsələyə iki fərqli baxış bucağından nəzər sala bilərik.

 

Modern.az xəbər verir ki, bunu “Qarabağ” klubunun diyetoloqu İlqar Şamilov AZƏRTAC-a bildirib.

 

"Birincisi, o da bizim kimi insandır. O, dönəri təbii ki, istirahət zamanı yeyib. Hər bir futbolçu, hər bir insan istirahət zamanında kənaraçıxmalar edərək öz metabolizmlərini sürətləndirə bilər. Qeyd etdiyimiz dönər məhsulunun qoyulduğu lavaş karbohidratdır. Tərkibindəki ət zülal, ora əlavə olunmuş tərəvəzlər isə vitamin və mineraldır. Belə baxdığımız zaman burada böyük bir qəbahət yoxdur. Digər tərəfdən isə peşəkar futbolçu öz sağlamlığı və bədəninin formasını qorumaq üçün qidasına fikir verməlidir, hətta buna məcburdur. Biz həmişə futbolçuların bədən kompozisiyalarını və çəkilərini yoxlayırıq, nəticəni baş məşqçiyə təqdim edirik. Juninyo seçilən futbolçulardandır. Çünki onun fiziki göstəriciləri stabil olaraq qalır və ya artmağa doğru gedir", - o qeyd edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok