Modern.az

İsveçrə millisi Bakıya ciddi itkilərlə gəlir

İsveçrə millisi Bakıya ciddi itkilərlə gəlir

8 Aprel 2024, 16:39

Qadın futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində Bakıda Azərbaycan millisinin qonağı olacaq İsveçrə yığması ciddi itkilərlə üzləşib.

Modern.az İsveçrə mətbuatına istinadən xəbər verir ki, Amira Arfauidən sonra komandanın digər aparıcı üzvləri – Ramona Baxmann və Noel Marits də zədələniblər.

Hər üç futbolçu Azərbaycan millisi ilə səfər matçında iştirak etməyəcək.

Qeyd edək ki, aprelin 9-da “Dalğa Arena”da keçiriləcək qarşılaşma saat 16:00-da başlayacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok