Modern.az

Qızıl medal qazanmaq üçün getmişdik - Əli Niftəliyev

Qızıl medal qazanmaq üçün getmişdik - Əli Niftəliyev

9 Aprel 2024, 08:16

Portuqaliyaya qızıl medal qazanmaq üçün getmişdik. Məqsədimiz sırf birinci yeri tutmaq idi. İstəyimizə çatdığımız üçün xoşbəxtəm.

 

Modern.az xəbər verir ki, bu sözləri Heydər Əliyev Beynəlxalq Aeroportundakı qarşılanma mərasimində Portuqaliyanın Qimarayeş şəhərində keçirilən Avropa çempionatında sinxron proqramda qızıl medal qazanan Azərbaycan gimnastı Əli Niftəliyev jurnalistlərə açıqlamasında deyib.

 

İdmançı göstərdiyi nəticəyə görə məşqçilər korpusuna təşəkkür edib: "Onlar olmasa idi, biz bu uğuru əldə edə bilməzdik. Hətta deyərdim ki, mükafat belə qazana bilməzdik. Uğurumuzu görə onlara borcluyuq".

 

Qeyd edək ki, Əli Niftəliyev və Ammar Baxşaliyev (batut gimnastikası) sinxron proqramda birinci yeri tutublar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok