Modern.az

Liftdə köməksiz qalan 7 nəfər xilas edildi - VİDEO

Liftdə köməksiz qalan 7 nəfər xilas edildi - VİDEO

Hadisə

22 Aprel 2024, 10:00

Fövqəladə Hallar Nazirliyi xialsetmə əməliyyatı görüntülərini yayıb.

 

Nazirlikdən Modern.az-a verilən xəbərə görə, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonunun Məhəmməd Hadi və Sabit Orucov küçələrində, habelə Nizami rayonunun Elşən Süleymanov küçəsində yerləşən hündürmərtəbəli yaşayış binalarının liftlərində vətəndaşların köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

 

Dərhal FHN-in Bakı Regional Mərkəzinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri müvafiq olaraq çağırış üzrə cəlb edilib.

 

Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, texniki nasazlıq səbəbindən yaşayış binalarındakı liftlər dayanıb və vətəndaşlar liftlərdə köməksiz vəziyyətdə qalıb.

 

Xilasedicilər xüsusi vasitələrlə liftlərin qapısını açaraq köməksiz vəziyyətdə qalan 5-i azyaşlı olmaqla 7 nəfər sakini xilas ediblər.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok