Rusiya prezidenti Vladimir Putinin dekabrın 19-da keçirləcək mətbuat konfransına Azərbaycan Kütləvi İnformasiya Vasitələrini təmsil edən 4 jurnalist akkreditə olunub. Modern.az saytı bildirir ki, azərbaycanlı jurnalistlərin adları bu gün açıqlanan siyahıda göstərilib.
Modern.az-ın xəbərinə görə, Putinin mətbuat konfransında AzərTaC-dan Fəridə Abdullayeva, APA-dan Fərid Əkbərov, SalamNyus-dan Roman Ağayev və AzerRoss-u təmsil edən Cəmil Sadıxbəyov iştirak edəcək.
Rusiya prezidentinin hər il keçirilən ənənəvi mtəbuat konfransında iştirak etmək üçün bu il 1319 xarici və yerli KİV qeydiyyatdan keçib.
X.Səfərli