Almaniya Rusiyanı Ukrayna ilə bağlı mövqeyini dəyişməyə sonuncu dəfə çağırıb. Bunu Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer “Welt am Sonntag” qəzetinə müsahibəsində deyib.
“Əgər Rusiya son anda Ukrayna ilə bağlı mövqeyini dəyişməsə, Avropa Birliyi martın 17-də müvafiq cavab verəcək”, - diplomat bildirib.Almaniyanın XİN rəhbəri Kremlin tutduğu mövqeyi sərt tənqid edib: “Biz qarşıdurma axtarmırdıq. Amma Rksiya son anda güzəştə getsəsə, bazar ertəsi Avropa Birliyi xarici işlər nazirlərinin toplantısında bunun cavabını verəcəyik”.
Ştaynmayerin sözlərinə görə, Krım böhranı ətrafındakı vəziyyətdə “partlayış təhlükəsi var”: “Rusiya bütün nizamlama variantlarını rədd edir. Görünür, o, bizim barışmayacağımız addımları atmaqda qərarlıdır” /musavat.com/
Modern.az